Yağışın fəsadları: Sürücülərə müraciət edildi
Yay mövsümünə xas olmayan yağışlı hava şəraiti paytaxta təsirsiz ötüşməyib. Kəskin pisləşən hava yol hərəkətinə maneə törədib. Meteoloqların uzunmüddətli müşahidələrinə əsasən, əvvəlki illərdə də iyul ayında Bakıda yağıntılı hava müşahidə olunub.
Bakıda iyul ayında yağmurlu hava sonuncu dəfə 11 il əvvəl müşahidə edilib. Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın çıqlamasına görə, sutka ərzində aylıq normadan 10 dəfə çox yağıntı qeydə alınıb.
Qeyri-sabit hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək, zərurət olmadan ötmə əməliyyatı aparmaqdan, qəfil manevr və kəskin tormozlamadan çəkinməyi xahiş edib. Qeyri-sabit hava şəraitinin yaratdığı problemlər işıqforların işində də problem yaradıb. Yağışlı hava şəraitinə görə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi gücləndirilmiş iş rejiminə keçib.
Hazırda ölkə ərazisində müşahidə edilən yağışlı hava şəraiti isə iyulun 18-i gündüz saatlara qədər davam edəcək. İyulun 19-da və 20-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.
Aydan
