Yalnız Ronaldo öz maaşına layiqdir - sabiq Səudiyyə idman rəhbəri
Səudiyyə Ərəbistanının sabiq idman naziri Şahzadə Abdullah bin Mosaad bildirib ki, Səudiyyə Pro Liqasında milyonlarla dollar maaş alan legionerlər arasında yalnız Kriştiano Ronaldo bu məbləğiə layiqdir.
2022-ci ilin dekabrında “Əl-Nəsr” klubuna keçən portuqaliyalı ulduzun illik gəliri təxminən 211 milyon dollar - həftədə 4 milyon dollardır. Şahzadə Abdullah, 2014–2017-ci illərdə nazir vəzifəsində çalışıb və liqada legioner axınının başlamasından əvvəl bu sahəyə rəhbərlik edib. “Ronaldo, liqaya və ölkəyə gətirdiyi beynəlxalq diqqət baxımından qazandığı pulları doğruldan yeganə legionerdir,” - deyə o vurğulayıb. Şahzadə həmçinin, 2034-cü ildə keçiriləcək Dünya Çempionatına ev sahibliyi edəcək Səudiyyə Ərəbistanında yerli futbolçuların qorunması və rəqabət qabiliyyətinin artırılması üçün təcili islahatlara ehtiyac olduğunu bildirib.
Reuters
Mələk Nəsirli
