Yamal ilin ən çox pul qazanc əldə edənlərin siyahısında
"Barcelona"nın 18 yaşlı cinah oyunçusu Lamine Yamal 2025-ci ildə Forbes-in ən çox qazanan futbolçular siyahısında ilk 10-luğa daxil olaraq futbolun maliyyə elitasına gözlənilməz şəkildə qoşulub. Siyahının zirvəsində isə Portuqaliya millisinin hücumçusu Cristiano Ronaldo qərarlaşıb.
Ronaldo bu il əldə etdiyi 280 milyon dollarlıq gəlirlə Forbes-in son siyahısına başçılıq edir. 40 yaşlı futbolçu Səudiyyə Ərəbistanının "Al-Nassr" klubu ilə iki illik müqavilə uzadaraq maliyyə zirvəsindəki mövqeyini qoruyub saxlayıb. Dünyanın ilk milyarder futbolçusu olan Ronaldo, eyni zamanda ardıcıl üç il dünyanın ən çox qazanan idmançısı olmuşdu və hazırda karyerasında 1000-ci qoluna yaxınlaşır. Onun uzunillik rəqibi Lionel Messi siyahıda ikinci yerdədir — illik 130 milyon dollar gəlir əldə edir. 38 yaşlı “İnter Miami ”nin oyunçusu bu məbləğin əsas hissəsini meydandan kənardakı sponsorluq müqavilələri sayəsində qazanır. Onun partnyorları arasında Adidas, Lay’s və Mastercard var. Messi keçən il həmçinin öz idman içkisi brendini də istifadəyə verib. Fransa hücumçusu Karim Benzema 104 milyon dollarla üçüncü yeri tutur. Bu gəlir onun Səudiyyə Ərəbistanının “Al-İttihad” klubuna keçidindən sonra artıb. “Real Madrid”in oyunçusu Kylian Mbappe (95 milyon dollar) və “Manchester City ”nin hücumçusu Erling Haaland (80 milyon dollar) isə ilk beşliyi tamamlayır. Bu iki futbolçu qarşıdakı onillikdə "Ballon d'Or" uğrunda əsas rəqiblər sayılır.
Reuters
Mələk Nəsirli
