Yanğından sonra yaralanan futbolçu “dəhşətli ağrılar” içindədir
Cümə axşamı Fransa futbol klubu "FC Metz" bildirib ki, onun gənclər komandasında çıxış edən futbolçulardan biri – 19 yaşlı Tahirys Dos Santos – xəstəxanada müalicə alan yaralılar arasındadır.
Onun agenti Fransanın milli xəbər kanalı BFMTV-yə açıqlama verərək deyib ki, Dos Santosun bədəninin 30%-i yanıq xəsarətləri alıb.
Christophe Hutteau futbolçunun “dəhşətli ağrılar” çəkdiyini bildirib, lakin eyni zamanda ağciyərlərinin vəziyyətinin yaxşılaşdığını da əlavə edib.
Hutteau həmçinin Dos Santosun valideynlərinin onun müalicə aldığını və Almaniyaya yollandığını qeyd edib.
Mənbə: BBC news
Ayisə Şərifova
