00:00:00
Yazar
Güllər Gülhüseynova
10.06.2026 12:40 17 1 dəq oxuma
Dünya

Yaponiya İran ətrafındakı vəziyyətdən narahatlığını bildirib

Yaponiya İran ətrafındakı vəziyyətdən narahatlığını bildirib

Yaponiya hökuməti İran ətrafındakı hadisələrin inkişafını yaxından izləyir və gələck eskalasiyaya yol verilməyəcəyinə ümid edir.

 

"İnformator.az" xıbər verir ki, bu barədə Yaponiyanın Nazirlər Kabinetinin Baş katibi Minoru Kihara ənənəvi mətbuat konfransında bildirib.

 

"Hökumət ABŞ və İran arasında qeyd etdiyiniz zərbə mübadiləsini daim yüksək səviyyədə narahatlıqla izləyir. Mövcud məlumata görə, tərəflər arasında ilkin razılaşma memorandumunun imzalanması üçün danışıqlar davam edir və ümid edirik ki, vəziyyət daha da gərginləşməyəcək", - o qeyd edib.

 

Kihara vurğulayıb ki, Tokio münaqişənin tez bir zamanda həllinə nail olmaq üçün beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq çərçivəsində diplomatik səyləri davam etdirmək niyyətindədir.

#azərbaycan #xəbər #baki #ətrafındakı #i̇ran
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər