Yaponiyada leysan yağışlar - Minlərlə insan təxliyə edildi
Yaponiyanın cənub-qərbindəki Kyuşu bölgəsində yağan güclü yağışlardan sonra 360 min insan üçün təxliyə çağırışı edilib.
İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi ölkənin Kyuşu bölgəsində yerli leysanların tez-tez yağmasından sonra ictimaiyyətə müraciətlərini yeniləyib. Kumamoto bölgəsində güclü yağışdan sonra körpü uçub. Bağlanan avtomobillər üçün əraziyə yanğınsöndürmə briqadaları göndərilib. Bundan əlavə, sürüşmə və daşqın xəbərdarlığı edilib. Kumamoto, Fukuoka və Oita bölgələri də daxil olmaqla Kyuşu boyunca 360 min insan təxliyə edilib.
Qeyd edək ki, Şərqi Asiya ölkəsi Yaponiyada yağış mövsümü mayın sonundan iyulun ortalarına qədər davam edir.
Aydan Qasımova
