Yaponiyada yağış səbəbindən qatarların ləğvi 140 mindən çox insana təsir edib
Yaponiyanın paytaxtı Tokioda baş verən güclü yağışlar nəticəsində qatarların hərəkətinin dayandırılması nəticəsində 140 mindən çox insan zərər çəkib.
Kyodo xəbər agentliyinin məlumatına görə, Tokioda yağan güclü yağış gündəlik həyata mənfi təsir göstərib. Dəmir yolu operatorları Tokioya təsir edən güclü yağışlar səbəbindən bəzi qatar reyslərinin ləğv edildiyini açıqlayıblar.
Bəyanatda deyilir ki, ləğv edilmiş qatar reysləri 140 mindən çox insana təsir edib.
Yaponiya Meteorologiya Agentliyi (JMA) güclü yağışlar səbəbindən paytaxt Tokionun cənubundakı Niijima vulkan adasında ən yüksək səviyyəli sürüşmə xəbərdarlığı verib.
Ada bölgəsi mümkün sürüşmələrə qarşı "ən yüksək səviyyəli hazırlıq" vəziyyətindədir.
Güclü yağışlar paytaxt Tokionun cənubundakı Niijima vulkan adasında ən yüksək səviyyəli sürüşmə xəbərdarlığının verilməsinə səbəb olub.
Ada bölgəsində mümkün sürüşmələrə qarşı "ən yüksək səviyyədə xəbərdarlıq edilməsi" tələb olunan bəyanatda, paytaxtda və ətraf Saitama və Çiba prefekturalarında şiddətli yağışların təsirinin həftə ərzində davam edə biləcəyi də bildirilib.
TRT HABER
Lalə Qafarova