00:00:00
Yazar
Admin User
09.02.2026 17:01 37 1 dəq oxuma
Dünya

Yaponiyanın ilk qadın baş naziri ölkə tarixində ən böyük seçki qələbəsini qazanıb

Yaponiyanın ilk qadın baş naziri ölkə tarixində ən böyük seçki qələbəsini qazanıb

Yaponiyada keçirilən erkən ümumi seçkilərin nəticələrinə görə, Baş nazir Takaiçi Sanaenin rəhbərlik etdiyi Liberal Demokrat Partiyası müharibədən sonrakı tarixə düşəcək səs fərqi ilə seçkidə qalib gəlib.

 

Yaponiyanın dövlət televiziyası NHK-nın bülletenlərin sayılmasının nəticələrinə istinadən verdiyi məlumata görə, Takaiçinin Liberal Demokrat Partiyası (LDP) parlamentin aşağı palatası olan Nümayəndələr Palatasında 465 yerdən 316-sını qazanıb.

 

LDP yerlərinin sayını 198-dən 316-ya çatdırdı. Bu, hakim partiyaya parlamentdə üçdə iki çoxluq hesab edilən 310 yerlik həddi aşmağa imkan verib.

 

Bu nəticə ilə LDP İkinci Dünya Müharibəsindən sonrakı Yaponiyada bu uğura imza atan ilk partiya olub.

 

Hakim koalisiya tərəfdaşı Nippon İşin (JIP) da yerlərinin sayını 2 artıraraq ümumi sayını 36-ya çatdırıb.

 

TRT HABER

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər