00:00:00
Yazar
Admin User
09.02.2026 16:49 17 1 dəq oxuma
Dünya

Yaponiyanın ilk qadın baş naziri ölkədəki ən böyük seçki qələbəsini əldə edib

Yaponiyanın ilk qadın baş naziri ölkədəki ən böyük seçki qələbəsini əldə edib

Yaponiyada keçirilən erkən ümumi seçkilərin nəticələrinə görə, Baş nazir Takaiçi Sanae rəhbərliyindəki Liberal Demokratik Partiya müharibə sonrası tarixə düşəcək fərqlə seçkini qazanıb.

 

Yaponiya Dövlət Televiziyası NHK-nin səsvermə nəticələrinə əsaslanan xəbərinə görə, Takaiçinin partiyası Liberal Demokratik Partiya (LDP) parlamentin aşağı palatası olan Nümayəndələr Palatasındakı 465 kürsüdən 316-sını qazanıb.

 

LDP-nin kürsü sayı 198-dən 316-ya yüksəlib. Beləliklə, iqtidar partiyası palatada kürsülərin üçdə iki səviyyəsi olan 310 kürsü həddini keçib.

 

Bu nəticə ilə LDP İkinci Dünya Müharibəsindən sonra Yaponiyada bu uğuru əldə edən ilk partiya titulunu qazanıb.

 

İqtidar tərəfdaşı Nippon Ishin (JIP) isə kürsü sayını 2 artıraraq 36-ya çatdırıb.

 

465 üzvdən ibarət Nümayəndələr Palatasında (Shūgiin) üçdə iki çoxluq olan 310 kürsü həddini keçmək, Konstitusiyanı dəyişdirmək və qanun layihələrini qüvvəyə mindirmək imkanlarını açır.

 

LDP hal-hazırda parlamentin yuxarı palatası olan Məsləhətçilər Palatasında (Sangiin) isə çoxluğa malik deyil.


TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər