00:00:00
Yazar
Admin User
10.02.2026 05:35 45 1 dəq oxuma
Dünya

Yaponiyanın NATO-nun Ukrayna proqramına qoşulacağı barədə məlumat təkzib olunub

Yaponiyanın NATO-nun Ukrayna proqramına qoşulacağı barədə məlumat təkzib olunub

 

Yaponiya hökuməti yerli medianın Tokionun NATO-nun Ukraynaya dəstək üçün yaratdığı PURL proqramına qoşulması və bu çərçivədə Kiyevə ötürmək üçün ABŞ istehsalı olan ləvazimatlar alması barədə xəbərlərini təkzib edib.

 

"İnformator.az" xəbər verir ki, bu mövzu Yaponiya Nazirlər Kabinetinin Baş katibi Minoru Kiharanın mətbuat konfransında qaldırılıb.

 

Jurnalistlərin Yaponiya hökumətinin PURL proqramına qoşulmaq qərarı ilə bağlı xəbərləri şərh etmək xahişinə cavab olaraq o: "Qeyd etdiyiniz xəbərlərdən məlumatlıyıq. Hazırda bizimlə NATO arasında belə bir razılaşmanın əldə olunması faktı həqiqətə uyğun deyil", - deyə bildirib.

 

Eyni zamanda Kihara vurğulayıb ki, Yaponiya Ukrayna cəmiyyətinin və iqtisadiyyatının bərpasına, həmçinin möhkəmləndirilməsinə yönəlmiş yardımları davam etdirəcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər