00:00:00
Yazar
Admin User
26.09.2023 18:23 7950 2 dəq oxuma
Sosial

Yarımştat iş vahidi necə tənzimlənməlidir?

Yarımştat iş vahidi necə tənzimlənməlidir?

Son zamanlar Azərbaycanda insanlar yarımştatla bağlı iş yerlərində müəyyən problemlərlə üzləşirlər. Araşdırmalara görə, bəzi iş yerlərində bu məsələnin həlli hələ də yarımçıq qalır. Bəs iş yerlərində yarımştatın tətbiqində hansı hüquqi addımlar atılmalıdır? Məsələnin hüquqi tərəflərini aydınlaşdırmaq üçün hüquqşünas Azər Quliyeva müraciət etdik.


Hüquqşünas Azər Quliyev bildirib ki, işçilərin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada, həftədə 40 saat olmaqla normal iş vaxtında, həm də həftədə 20 saat həcmində yarımştatla, eyni zamanda əvəzçilik qaydasında işləmək hüququ var:

 

"İşçilərin yarımştatla işləməsi üçün həmin ştat: idarə, müəssisə və təşkilatlarda yarımştat kimi nəzərdə tutulmalıdır. Yarım ştat işləyən işçilərin əmək haqqı tam ştatln, işlədikləri saat hesabına ödənilir. Əmək müqaviləsinin şərtləri daxilində işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. Əvəzçilik üzrə iş vaxtının müddəti 20 saatdan çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir. İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər".

 

Hüquqşünas qeyd edib ki, əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir. Əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlılığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yolverilməzdir. Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi 18 saatdan çox olmadıqda, yol verilə bilər. Bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət hakimiyyəti orqanlarının müvafiq vəzifəli şəxslərinə əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq əlavə iş yerində işləmək hüququ şamil olunmur.

 

Fatimə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər