Yaşar erməni idmançını məğlub etdi
Yaşar Əliyev 1/4 finalda erməni Qarik Barseqyanla qarşılaşıb
Avropa Oyunlarının 6-cı günündə kişilər arasında sərbəst güləş üzrə yarışları keçirilir.
57 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Yaşar Əliyev 1/4 finalda erməni Qarik Barseqyanla qarşılaşıb. Görüş Yaşarın 10:6 hesablı qələbəsi ilə bitib və o, yarımfinal mərhələsinə vəsiqə qazanıb.
