00:00:00
Yazar
Admin User
24.08.2023 07:43 277 1 dəq oxuma
Sosial

"YAŞAT" düşərgəsi 6-cı həftədə nələr yaşanlb?

"YAŞAT" düşərgəsi 6-cı həftədə nələr yaşanlb?

“YAŞAT” Fondunun və ASAN Könüllüləri Təşkilatının birgə təşkilatçılığı, "PMD Hospitality"nin tərəfdaşlığı ilə həyata keçirilən və Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü “YAŞAT” düşərgəsinin 6-cı həftəsi davam edir.

  Altıncı həftənin 3-cü və 4-cü günlərində psixoloqlarla görüşlər, hovuz saatları, miniqolf turniri və dart yarışları, “Hədəf” liseyi tərəfindən "STEAM" proqramının təqdimatı, eyni zamanda "Booo.az"ın komanda quruculuğu oyunları təşkil olunub.

  Uşaqlar Müdafiə sənayesi naziri, Milli Qəhrəman Mədət Quliyev ilə görüşüb. Nazir iştirakçılara Ulu öndər Heydər Əliyev ilə xatirələrindən danışıb, idarəçilik və rəhbərlik təcrübələrini bölüşüb. Onlarla birgə nahar edib.

  ASAN Radionun təşkilati dəstəyi ilə tanınmış estrada müğənniləri Kazımcanın və Ayaz Babayevin konsert proqramları da təşkil olunub. Düşərgə iştirakçılarından Zəhra Ağazadənin doğum günü qeyd olunub.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər