Yaşayış binalarında kamera nəzarəti - GİZLİ ÇƏKİLİŞ, YOXSA TƏHLÜKƏSİZLİYİMİZ?
Günümüzdə hündürmərtəbəli yaşayış binaları kameralar vasitəsilə qorunur. Bildiyimiz kimi əsas məqsəd təhlükəsizliyin qorunmasıdır. Bəs binalara kameraların yerləşdirilməsi özəl həyata müdaxilə baxımından hansı məsələləri bərabərində gətirir?
Bu barədə bina sakinlərindən biri Sənan Əliyev qəti şəkildə kameraya ehtiyac olduğunu bildirdi. Onun fikrincə, yeni binalarla yanaşı köhnə binaların kameraya daha çox ehtiyacı var: "Ona görə ki köhnə binaların təhlükəsizliyi və nəzarəti daha zəifdir". Sənan deyir ki, təhlükəsizlik kameralarının olması təkcə kənardan müdaxilələrin qarşısını almır, eyni zamanda bina sakinlərini də nəzarətə götürür.
Bu barədə əmlak üzrə ekspert Ramil Qasımzadənin fikrini öyrəndik. O hesab edir ki, yaşayış binalarının bir çoxunda kamera və mühafizəçilər tərəfindən təhlükəsizlik sistemi yaradılıb: "Ancaq kameranın tətbiqi ilə bağlı məhdudiyyət olması qanunu hələ yoxdur. Bu kameraların isə deyil və ölkəmizdə gizli çəkilişlərin aparılması qadağandır". Çəkilişlərin məqsədini isə ekspert xoşagəlməz halların qarşısının alınmasında, təhlükəsizlik üçün aparılmasında, oğurluq və digər halların qarşısını almaqda görür: "Mütləqdir ki, vətəndaşlarda bu kamera çəkilişlərindən xəbərdar olsunlar".
Çinarə Muradova
