00:00:00
Yazar
Admin User
06.03.2024 17:41 409 1 dəq oxuma
Sosial

Yaşıllıq zonaları niyə məhv edilir?

Yaşıllıq zonaları niyə məhv edilir?

Son zamanlarda şəhərin müxtəlif yerlərində yaşıllıq zonaları məhv edilib yerində obyektlər tikilir. Bəs bu işlər qanunla həyata keçirilirmi?

 

Məsələylə bağlı əmlak eksperti Elnur Azadov "İnformator.az"a açıqlamasında bildirib ki, hər bir ərazinin müəyyən planlaması var:

 

"Yaşayış ərazilərində salınan yaşıllıq zolaqlarının hər birinin normativi var. Belə ərazilərdə hər hansısa tikinti işləri aparmaq qanuna ziddir. Çoxmənzilli yaşayış binalarının boş qalan yeri 50%-dən artıq inşa oluna bilməz. Təəssüflər olsun ki, hər hansısa inşaat layihəsi qəbuldan keçərkən yaşıllığın olub-olmaması yoxlanılmır. Ağac zolaqları məhv edilir. Sadəcə layihədə bunu eskiz kimi qeyd edirlər və bununda həcmi çox az olur. İnşaat layihəsində işi icra edən şəxs çalışır ki, vəsaitinə qənaət etsin. Bu zaman yaşıllığa sərf olunan xərcləri minimuma endirir. Ən yaxşı halda ərazidə dekorativ ağac və güllər, çoxillik ağaclar əkilir."

 

Ekspert son olaraq onu da qeyd edib ki, dövlət yaşıllıq zonalarının artırılması işlərini planlı şəkildə həyata keçirir.

 

İlahə Həsənova 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər