00:00:00
Yazar
Admin User
28.08.2023 08:43 456 1 dəq oxuma
Sosial

Yaxın günlərdə Zabuxa növbəti köç olacaq

Yaxın günlərdə Zabuxa növbəti köç olacaq

  Cəmi 1 il ötməsinə baxmayaraq, Laçın şəhəri, Zabux və Susa yeni həyat qayidib. İndi bu bölgələr yenidən dirçəlir, ərazilərdə qısa müddətdə görülən işlər isə heyrət doğurur. Artıq Zabuxda yenidən tikilən evlərdə 20 ailə - 88 nəfər məskunlaşıb. Yaxın günlərdə digər sakinlərin kəndə köçürülməsi planlaşdırılır.

  İşğal dövründə Laçınlılara məxsus 1500-dək ev dağıdılıb. 7-8 aya tamam dəyişən Laçında işğal dövründəki görüntüdən əsər əlamət qalmayıb. Kol-kos basan küçələri, təkcə karkası qalan 4 sütunlu xarabalıqları indi güllü-gülistanlı həyətlər, müasir evlər əvəzləyir.

 Laçında yenidənqurma prosesinin 60 faizdən çoxu yekunlaşıb. Komunikasya xətlərinin 90-95 faizi başa çatıb. Hazırda magistral küçələrdə yol infrastrukturunun və piyada yollarının yenidən qurulması, yolkənarı səkilər, yaşıllıq zonalarının salınması işləri aparılır. Eyni zamanda magistral və ara küçələrin gecə işıqlandırılması prosesi də bitmək üzrədir.

  Qeyd edək ki, Zabux kəndinin layihələndirilməsi və tikintisi üzrə sifarişçi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondudur. Zabuxda birinci mərhələdə beton zirzəmi-sığınacağı olan 223 birmərtəbəli fərdi yaşayış evi inşa edilir. Bundan başqa, kənddə uşaq bağçası, inzibati bina, tibb məntəqəsi və digər obyektlər də tikilir.

MƏDİNƏ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər