00:00:00
Yazar
Ayşən Səlimova
19.03.2026 20:55 19 1 dəq oxuma
Dünya

Yaxın Şərqdə enerji obyektlərinin hədəf alınması qiymətləri artırır

Yaxın Şərqdə enerji obyektlərinin hədəf alınması qiymətləri artırır

Yaxın Şərqdə xüsusilə, Qətərin əsas təbii qaz obyektinə yönəlmiş hücumlar da daxil olmaqla enerji infrastrukturuna edilən hücumlardan sonra neft və qaz qiymətləri sürətlə yüksəlib.

 

İngiltərə və Avropada bazarlar açılmadan əvvəl qaz qiymətləri təxminən 25% artıb, daha sonra isə bir qədər geriləyib. Avropada qazın qiyməti ABŞ və İsrailin İrana 28 fevralda başladığı hücumlardan bəri iki dəfədən çox artıb. Brent markalı neftin qiyməti bir ara bir barel üçün 119 dollara qədər yüksəldikdən sonra yenidən aşağı düşüb.

 

 

 BBC NEWS

 Səmayə Səftərova

#Dünya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər