Yaxın Şərqdə gərginlik artır: İran İsrailə yenidən raketlər atıb
İsrail ordusu İranın yeni raket hücumu dalğası başladığını açıqlayıb.
İsrail ordusunun verdiyi məlumata görə, İranın başladığı yeni raket hücumuna qarşı hava hücumundan müdafiə sistemləri aktivləşdirilib. Bildirilib ki, Daxili Cəbhə Komandanlığı təhlükə altında olan bölgələrdə insanların mobil telefonlarına xəbərdarlıq mesajları göndərib və əhaliyə sığınacaqlara getmək tövsiyə olunub.
İsrailin paytaxtı Tel Aviv və ətraf bölgələrdə hava hücumu siqnalları fasilələrlə səslənib.
Məlumata görə, İranın həyata keçirdiyi son cavab hücumu cümə axşamı baş tutan 8-ci raket hücumu dalğası olub.
Digər tərəfdən İsrail mediası ölkənin şimalındakı Yuxarı Qalileyə bölgəsinə Livan ərazisindən pilotsuz uçuş aparatlarının (PUA) göndərildiyini bildirib. Hava hücumundan müdafiə sistemlərinin bu PUA-ları zərərsizləşdirməyə çalışdığı qeyd olunub.
TRT HABER
Reyhan Quliyeva