00:00:00
Yazar
Zəhra Həsənova
29.05.2026 17:12 27 2 dəq oxuma
Sosial

Yay mövsümü yaxınlaşdıqca mövsümi işlərə maraq artır

Yay mövsümü yaxınlaşdıqca mövsümi işlərə maraq artır

Yay aylarının yaxınlaşması ilə birlikdə tələbə və gənclər arasında mövsümi işlərə maraq artmağa başlayıb. Xüsusilə xidmət, satış və turizm sahələrində qısamüddətli iş imkanlarının çoxalacağı gözlənilir.


Mövzu ilə bağlı gənclərlə sorğu keçirdik,sorğuya isə cavablar müxtəlif idi :

 

— “Yayda boş vaxtımız çox olduğu üçün işləməyə çalışırıq. Həm təcrübə qazanırıq, həm də öz xərclərimizi qarşılaya bilirik”.

 

— “Ən çox restoran və satış sahəsində iş elanları olur. Mən də yayda belə işlərdə işləməyi düşünürəm”.

 

— “Mövsümi işlər gənclər üçün yaxşı təcrübədir. Gələcəkdə iş mühitinə uyğunlaşmağa kömək edir”.

 

İnsan resursları üzrə ekspert  Cabir Süleymanlı “İnformator.az” a açıqlamasında bildirib ki,yayda gənclər daha çox xidmət sahəsində işləyərək təcrübə qazanırlar:

 

“Yay aylarının yaxınlaşması ilə tələbə və gənclər arasında mövsümi işlərə maraq artır. Xüsusilə xidmət, satış və turizm sahələrində qısamüddətli iş imkanlarının çoxalacağı gözlənilir. Yay mövsümündə gənclər daha çox turizm və xidmət sektoruna yönəlirlər. Restoranlarda ofisiant, şadlıq evlərində işçi, dənizkənarı istirahət məkanlarında müxtəlif vəzifələr üzrə işləmək imkanı yaranır. Tələbələrin yay tətilinə çıxması da onların bu işlərə daha rahat şəkildə qoşulmasına şərait yaradır. Bununla yanaşı, bir çox şirkət yay aylarında təcrübə proqramları elan edir və gənclər bu imkanlardan da yararlana bilirlər. Mövsümi işlərin əsas üstünlüyü ondan ibarətdir ki, gənclər həm boş vaxtlarını səmərəli dəyərləndirir, həm də iş təcrübəsi qazanırlar. Bu proses onların bacarıqlarının inkişafına, gələcəkdə daimi iş həyatına uyğunlaşmasına və korporativ mühitə hazırlanmasına kömək edir. Eyni zamanda, onlar müəyyən maddi gəlir də əldə etmiş olurlar. Əksər gənclər daha rahat və tez qazanc əldə etmək mümkün olduğu üçün xüsusi texniki bilik tələb etməyən xidmət sahələrinə üstünlük verirlər. Lakin yay aylarında və ümumilikdə il ərzində şirkətlərin təqdim etdiyi 2-3 aylıq təcrübə proqramlarına qatılmaq daha faydalı ola bilər. Bu proqramlar gənclərin həm texniki biliklərini, həm də peşəkar iş mühitində çalışma bacarıqlarını inkişaf etdirməsinə imkan yaradır və gələcək karyeraları üçün daha möhkəm təməl formalaşdırır”.

 

Arzu Poladova

#gündəm #azərbaycan #yaxınlaşdıqca #yeni #mövsümi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər