00:00:00
Yazar
Admin User
20.09.2023 17:19 253 2 dəq oxuma
Sosial

Yayılan xəstəlik mövsümi qripdir, yoxsa eris virusu?

Yayılan xəstəlik mövsümi qripdir, yoxsa eris virusu?

Həm uşaqlar, həm də böyüklər arasında tez-tez öskürək, halsızlıq, qızdırma və s. kimi hallar müşahidə olunur.

 

Dünyada son günlər koronavirusun Eris variantının sürətlə yayılması faktları müəyyən edilib. Azərbaycanda müşahidə olunan xəstəlik eris ştammıdırmı?

 

Yüksək hərarət, öskürək, sümük ağrıları, burun axıntısı, tənəffüs ağırlığı… Kovidin eris variantının simptomları bunlardır. Yoluxduruculuğu daha çoxdur. Son günlər, xüsusilə Türkiyə, Birləşmiş ştatlar, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yoluxma saylarında artım var. Amma mütəxəssislər deyir ki, ölkəmizdə müşahidə olunan xəstəliklər mövsümlə əlaqədardır.

 

Səhiyyə Nazirliyinin mütəxəssisi Təyyar Eyvazov bildirib ki, Azərbaycanda vəziyyət kifayət qədər stabildir: “Hələ o dalğa Azərbaycana çatmayıb. Amma bu, istisna deyil. Ölkələr arasında əlaqə var, insanlar işlə bağlı bu və digər ölkələrə gedir və ona görə də nə vaxtsa bu yeni ştamın və ya ştamların ölkəmizə gəlməsi istisna deyil”.

 

İmmun sistemi zəif olanlar, yanaşı xəstəliyi olan şəxslər daha diqqətli olmalıdır deyilir. Həkim Ləman Qədimova məsləhət görür ki, insanlar virusdn qorunmaq üçün maskadan istifadə edə, gigiyena qaydalarına riayət edə, antiseptiklədən istifadə edə bilərlər: “Toplum olan yerlərdə mümkün qədər az olmaq və başqaları ilə ünsiyyət zamanı sosial məsafəni qorumaq məsləhətdir. Əlbəttə , bu kimi hallarla rastlaşdıqda və özlərini narahat hiss etdikdə həkimə müraciət etsinər”.

 

TƏBİB-dən də koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib. Bildirilib ki, yeni ştam sürətlə yayıldığı üçün tezliklə Azərbaycanda da aşkarlana bilər. Amma təşviş üçün hər hansı əsas yoxdur. Bütün tibb müəssisələri yaşana biləcək vəziyyətə hazırdır.

 

Səbinə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər