“Yazılı və vizual nitq: Kiçik hekayələr kontekstində” layihəsi keçirildi
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Yazılı və vizual nitq: Kiçik hekayələr kontekstində” layihəsinin təqdimatı baş tutdu.
Nitq mədəniyyəti üzrə mütəxəssis, əməkdar artist Sevda Ağazadənin rəhbərliyi ilə həyata keçirilən layihədə Akademiyanın televiziya və radio jurnalistikası ixtisası üzrə təhsil alan müdavimləri iştirak etdilər.

Təqdimat zamanı 15 kiçik hekayə nümayiş olundu. Onlardan bir qismi şifahi səsləndirildi, digər nümunələr isə vizual formada göstərildi.
Layihənin əsas məqsədi gənc jurnalistlərin yazılı və şifahi nitq bacarıqlarını inkişaf etdirmək, yaradıcı və analitik düşüncə imkanlarını genişləndirmək, eləcə də vizual təqdimat vərdişlərini formalaşdırmaqdır.
Qeyd edək ki, bu layihə Teleradio Akademiyasının müdavimləri ilə hər il keçirilir. Bu il ilk dəfə olaraq kiçik hekayələrin video formatda təqdimatına da yer verildi.
Həcər Əmiraslanlı