00:00:00
Yazar
Admin User
14.01.2026 16:27 72 1 dəq oxuma
İdman

Yeddi ay, böyük gözləntilər və ağır nəticələr - Xabi Alonso harada səhv edib?

Yeddi ay, böyük gözləntilər və ağır nəticələr - Xabi Alonso harada səhv edib?

Xabi Alonso Real Madrid-də keçirdiyi uğursuz yeddi aylıq baş məşqçilik dövründən sonra klubla yollarını ayırıb. Avropanın nəhəng komandalarına qarşı alınan ağır məğlubiyyətlər və komanda daxilində yaranan gərginliklər ispan mütəxəssisin dövrünü kölgədə qoyub; Alonso ayrılığı “şərəfli, lakin istənilən kimi olmayan bir mərhələ” kimi dəyərləndirib.

 

Mövzu haqqında idman jurnalisti Ağa Dadaşzadə "İnformator.az"a açıqlamasında bildirib ki, Xabi Alonso böyük potensiala malik, gözəl bir məşqçidir:

 

"Klub maliyyə məsələlərində qənaətcil davranıb və bu xüsusilə, klub rəhbəri Perez ilə bağlıdır. Alonso gərgin bir dövrdə, komandanın bir-birini tamamlamadığı bir vaxtda işə gəlib və nəticədə uğursuzluq yaşayıb. Analitiklər bildirirlər ki, həm klub rəhbərliyinin, həm də Alonso-nun bəzi təcrübə çatışmazlıqları bu nəticəyə səbəb olub. Real Madrid kimi dünya səviyyəli bir klubu Bayer Leverkusen ilə müqayisə etmək düzgün deyil. Bu təcrübə Alonso üçün dəyərli olub və ekspertlər hesab edirlər ki, o, gələcəkdə başqa klublarda daha uğurlu olacaq, burada etdiyi səhvləri təkrarlamamalıdır".

 

Mələk Nəsirli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər