Yeni araşdırma: Koronoya yoluxan bir çox insanda dadbilmə geri gəlmədi
Yeni bir araşdırmaya görə, KOVİD-19-a yoluxmuş 20 milyondan çox amerikalı qoxu və dad hissini itirib və ən azı 25 faiz şəxsdə bu hisslər geri gəlməyib.
İnformator.az "The Laringoscope" jurnalında dərc olunan tədqiqatın nəticələrinə əsasən xəbər verir ki, 18 yaşüstü təxminən 30 min nəfər arasında sorğu keçirilib. Tədqiqatçılar ağır formada KOVİD-19 keçirmə ilə dad və qoxu itkisi arasında əlaqə tapıblar.
Anket nəticələrinə görə məlum olub ki, KOVİD-19 keçirən 20 milyondan çox amerikalı qoxu və dad hisslərini itirib, ən azı 25 faiz isə bu hissləri geri qazanmayıb. Məlum olub ki, bu iştirakçıların 24 faizində yalnız qismən yaxşılaşma olub, 3 faizdən çoxunda isə qoxu hisslərində heç bir irəliləyiş müşahidə edilməyib.
Dadbilmə qabiliyyətini itirənlərin 20 faizinin dad hissini qismən bərpa etdiyi, 2 faizdən çoxunun isə hələ də dad ala bilmədiyi qeyd edilib.
Aydan
