00:00:00
Yazar
Səmayə Səftərova
08.06.2026 20:47 27 1 dəq oxuma
Sosial

Yeni araşdırmaya görə ürəyin ehtiyac duyduğu ən vacib qidalar

Yeni araşdırmaya görə ürəyin ehtiyac duyduğu ən vacib qidalar

Yeni araşdırmaya əsasən, hər gün müəyyən təzə qidaların qəbul edilməsi ürəyin sağlam qalmasına kömək edə bilər. Mütəxəssislər bildirirlər ki, təkcə gündə beş porsiya meyvə və tərəvəz yemək kifayət deyil, seçilən qidaların tərkibi də böyük əhəmiyyət daşıyır. Araşdırma göstərib ki, hər gündə beş porsiya seçimi ürək sağlamlığına eyni dərəcədə fayda vermir. Buna görə də insanlar qidalanmalarında flavanol adlanan vacib qida maddələri ilə zəngin məhsullara üstünlük verməlidirlər. Qaragilə, gavalı, böyürtkən, paxla və albalı kimi məhsulların istehlakı, həmçinin bunların yaşıl çayla birlikdə qəbul edilməsi flavanol çatışmazlığının aradan qaldırılması üçün ideal seçim ola bilər. ABŞ və Böyük Britaniyadan 30 min nəfərin iştirak etdiyi araşdırmada müəyyən edilib ki, müntəzəm olaraq gündə beş porsiya meyvə və tərəvəz yeyən bəzi insanlarda belə bu faydalı maddələrin səviyyəsi kifayət qədər deyil.

 

 BBC NEWS

 Səmayə Səftərova

#Ürək #qida #ehtiyac
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər