00:00:00
Yazar
Güllər Gülhüseynova
20.02.2026 20:02 15 2 dəq oxuma
Dünya

Yeni bir dünya nizamı, böyük güclər nizamı sürətlə formalaşır- Merz

Yeni bir dünya nizamı, böyük güclər nizamı sürətlə formalaşır- Merz

Almaniya Baş naziri və Xristian Demokrat İttifaqı Partiyasının (CDU) sədri Fridrix Merz yeni bir dünya nizamının, böyük güclər nizamının sürətlə formalaşdığını bildirib.

 

Fridrix Merz Ştutqartda keçirilən 38-ci CDU Qurultayında çıxış edib.

 

Qlobal nizamın dönüşümünə şahidlik edilən bir dövrdə yaşadıqlarını bildirən Merz, qaydalara əsaslanan beynəlxalq sistemin artıq əvvəlki formada mövcud olmadığını bir daha vurğulayıb.

 

“Yeni bir dünya nizamı, böyük güclər nizamı sürətlə formalaşır” ifadəsini işlədən Merz qeyd edib ki, bu dəyişiklik qlobal iqtisadiyyata, dünya ticarət sisteminə, Avropanın təhlükəsizliyinə və Almaniyanın dünyadakı roluna təsir göstərir.

 

Merz bildirib ki, bunun daxili siyasət ölçüsü də var, hər kəsə təsir edir və cəmiyyətdə dəyişikliklər yaradır: “Biz nə edirik? Cavab nisbətən sadədir. Yeni prioritetlər müəyyənləşdiririk. Beləliklə, vahid Avropa daxilində Almaniya üçün yeni, böyük bir strategiya formalaşır”.

 

Yeni başlayan bu böyük güclər dövründə gücün getdikcə hüququ qabaqladığını müdafiə edən Merz deyib: “Bu yeni çağda güc önəmlidir, xüsusilə hərbi güc, lakin iqtisadi güc də. Bu yeni dünya sərtdir və bəli, təhlükəlidir”.

 

O, qaydaların keçərli olmadığı yerdə münaqişə riskinin artdığını, son illərdə Ukraynada göründüyü kimi müharibələrin baş verdiyini xatırladıb.

 

Merz yeni böyük güc siyasətinin gömrük rüsumları, subsidiyalar, bazarlara çıxışın məhdudlaşdırılması vasitəsilə həyata keçirildiyini, eyni zamanda bunun texnoloji rəqabəti gücləndirdiyini bildirib.

 

O, yarımkeçiricilər, süni intellekt və saxlama texnologiyaları sahəsində geri qalan ölkələrin yalnız iqtisadi güclərini deyil, həm də siyasi təsir imkanlarını itirəcəkləri barədə xəbərdarlıq edərək deyib: “Texnologiya bu gün sənaye üstünlüyünü və təhlükəsizliklə bağlı imkanları müəyyənləşdirir. Bu texnologiyalara sahib olanlar tətbiq ediləcək qaydaları da müəyyənləşdirir”.

 

TRT XƏBƏR
Lalə Qurbanlı

#xəbər #güclər #nizamı # #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər