00:00:00
Yazar
Admin User
23.06.2023 07:06 260 1 dəq oxuma
Sosial

Yeni doğulan iki körpəsini qətlə yetirdi, illərlə dondurucuda saxladı

Yeni doğulan iki körpəsini qətlə yetirdi, illərlə dondurucuda saxladı

Cənubi Koreya polisi iki yeni doğulmuş  övladını öldürməkdə və cəsədlərini illərlə dondurucuda saxlamaqda ittiham olunan qadının həbs olunmasını tələb edib.

 

İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, təxminən 30 yaşlarında Qyeonqqi Nambu adlı qadın əyalət polisinə gedərək yeni doğulmuş körpələrini öldürdüyünü etiraf edib. Qadın 8, 10 və 12 yaşlı digər üç övladına baxmaqda maddi çətinliklərlə üzləşməsini cinayətə səbəb kimi göstərib. 

 

Qətlə yetirilən uşaqlardan biri 2018-ci ilin noyabrında doğulub. Polis bildirib ki, qadın doğuşdan bir gün sonra yeni doğulan körpəni boğaraq öldürüb və cəsədini evinin dondurucusuna saxlayıb.

 

Şübhəli 2019-cu ilin noyabrında doğulan beşinci övladına da eyni şeyi etməkdə ittiham olunub. Qadının həyat yoldaşı polisə verdiyi ifadədə qadının ona hər iki uşağı abort etdirdiyini dediyini və buna görə də iddia edilən qətllərdən xəbərsiz olduğunu ifadə edib.

 

Qeyd edək ki, iki yeni doğulan körpəsini öldürməkdə ittiham edilən qadının məhkəmə proesesi bu gün baş tutacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər