00:00:00
Yazar
Admin User
21.09.2023 19:24 259 1 dəq oxuma
Sosial

Yeni İİV vaksininin 1-ci faza sınaqlarına başlanıldı

Yeni İİV vaksininin 1-ci faza sınaqlarına başlanıldı

   

   ABŞ və Cənubi Afrika Respublikasında yeni İİV vaksininin 1-ci faza sınaqlarına başlanılıb. ABŞ və Cənubi Afrika Respublikasında qazanılmış immunçatışmazlığı sindromuna (QİÇS) səbəb olan İnsan İmmunçatışmazlığı Virusuna (İİV) qarşı yeni profilaktik peyvəndin Faza-1 tədqiqatlarına başlanılıb.

   ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinin Milli Sağlamlıq İnstitutunun (NIH) verdiyi açıqlamaya görə, "VIR-1388" adlı bu peyvəndin təhlükəsizliyini və onun təsir qabiliyyətini qiymətləndirmək üçün 1-ci mərhələ peyvənd prosesi başladılıb. ABŞ-da 6 müəssisədə və Cənubi Afrikada 4 sahədə həyata keçirilən birinci faza birinci doza peyvəndləri HİV daşıyıcısı olmayan 95 könüllüyə vurulacaq. Açıqlamada Faza-1 mərhələsinin ilk nəticələrinin 2024-cü ilin sonunda alınacağı, könüllülərin ilk peyvənddən sonra 3 il izlənəcəyi bildirilib. NIH-in maliyyələşdirdiyi yeni peyvənd 2004-cü ildən hazırlanıb.

   Qeyd edək ki, Cənubi Afrika Respublikası dünyada HİV-ə yoluxma hallarının ən çox olduğu ölkədir. Milli Yoluxucu Xəstəliklər İnstitutunun (NICD) məlumatına görə, ölkədə təxminən 7,7 milyon HİV daşıyıcısı var. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, 2022-ci ilə qədər dünyada təxminən 39 milyon insan HİV-ə yoluxub. Hər 5 HİV daşıyıcısından biri Cənubi Afrikada yaşayır.

Nigar Xəlilzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər