00:00:00
Yazar
Admin User
17.12.2025 16:37 101 2 dəq oxuma
İdman

"Yeni ildə Qarabağı ardıcıl oyunlar gözləyir"

"Yeni ildə Qarabağı ardıcıl oyunlar gözləyir"

Azərbaycanımızın UEFA Çempionlar Liqasındakı yeganə təmsilçisi Ağdamın Qarabağ klubu yeni ilin ilk ayında bir həftədə 2 oyun keçirəcək. "Köhlən atlar" ilk olaraq yanvar 21-də doğma divarlar arasında Almaniyanın Ayntraxt klubunu qəbul edəcək. 28 yanvar tarixində keçiriləcək digər görüşdə isə komandamız Mersisayd səfərinə yollanacaq. Belə ki, Qurban Qurbanovun yetirmələri İngiltərədə Liverpulla məsələlərə aydınlıq gətirəcək. 

 

Məhz "İnformator.az" xəbər portalı olaraq bu mövzunu aydınlaşdırdıq.

 

Saytımıza müsahibə verən azarkeş Ramiz Əkbərov oyunların çətin keçəcəyini vurğulayıb:

 

"Hər iki oyun olduqca çətin keçəcək. Nəzərə alsaq ki, rəqiblərimiz Ayntraxt və Liverpul öz daxili çempionatlarında elə də stabil çıxış etmirlər. Bu da Qarabağa əlavə bir motivasiya verə bilər. Bu, futboldur, burada gözlənilməz nəticələr hər an ola bilər".

 

Digər azarkeş Röyal Bəxtiyarov da öz fikirlərini bizimlə bölüşüb:

 

"Hər iki oyun məhsuldar alınacaq, Qarabağı çətin 2 qarşılaşma gözləyir. Əgər komandamız öz oyununu nümayiş etdirə bilsə, nəinki heç-heçə, hətta bu oyunlardan qələbə ilə də ayrıla bilər".

 

Mövzu ilə bağlı ekspertə də müraciət etdik. 

 

"Qarabağın bu iki oyundan azı 3 xal götürəcəyini düşünürəm".

 

Bu sözləri "İnformator.az"a açıqlamasında idman eksperti Kənan Məstəliyev bildirib.

 

Ekspertin sözlərinə görə, Ayntraxtın Almaniya təmsilçisi olmasına baxmayaraq, onları Bakıda məğlub etmək mümkündür:

 

"Almaniya təmsilçisi olmasına baxmayaraq, onları Bakıda məğlub etmək mümkündür. Öz azarkeşlərimiz qarşısında doğru oyunla bunu edə biləcəyik",-deyə o vurğulayıb. 

 

Kənan Məstəliyev Qarabağın hücumçusu Nəriman Axundzadə ilə bağlı da məsələyə toxunub:

 

"Nərimana gəlincə, onun qarşıdakı "Ayntraxt" matçında meydana çıxmaması doğru olardı. Çünki növbəti səhvi ona daha da baha-başa gələ bilər. Azarkeşlər bu futbolçudan küskündürlər və bu küskünlüyün keçməsi üçün vaxt lazımdır. Mənim fikrimcə, o qışda komandanı tərk edib legioner həyatı yaşasa, onun üçün daha yaxşı olardı",-deyə o, fikirlərini yekunlaşdırıb. 

 

Amin Cavayev 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər