Yeni Kərtənkələ növü kəşf olundu
Alimlər Hindistanda ağacdan ağaca uçan və gülən yeni kərtənkələ növünü kəşf ediblər.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, may ayında "Nature" jurnalında dərc olunan araşdırmaya görə, elm adamları Hindistanda yeni yamac paraşütü kərtənkələ növünü kəşf ediblər.
Bu canlıların elmi adı Gekko Mizoramensisdir. Amma elm adamları mini kərtənkələləri ağacdan-ağaca qonma vərdişlərinə görə "paraşüt kərtənkələləri" adlandırıblar.
Onlar havada süzülmək üçün bədənlərinin və quyruqlarının yaxınlığında dəri üzgəclərindən istifadə edirlər.
Qeyd edək ki, Paraşüt kərtənkələləri Banqladeş, Myanma, Tayland və Kambocada yaşayır, lakin tədqiqatçılar yeni növlərə ilk dəfə Hindistanda rast gəliblər.
