00:00:00
Yazar
Admin User
18.08.2023 09:13 999 2 dəq oxuma
Sosial

YENİ MƏKTƏBLİ FORMALARI MƏCBURİDİR

YENİ MƏKTƏBLİ FORMALARI MƏCBURİDİR

  Yeni tədris ilinin başlamasına az vaxt alıb. Valideynlər isə hələ də övladlarına məktəbli forması alıb-almamaq mövzusunda çaşqınlıq içərisindədir. Ötən il köhnə formanı geyinmək sərbəst olduğundan "bu il də icazə verilə bilərmi, yoxsa yeni formanı almaq məcburidir? deyə düşünürlər. Vahid formaya ehtiyac olmadığını deyənlər də var.

   2023-2024-cü tədris ilindən belə olmayacaq. Çünki ölkənin hər bir ümumi təhsil müəssisəsi şagirləri vahid məktəbli geyimində qəbul edəcək. Bu isə məktəb rəhbərliyi və valideynlər arasında razılaşdırma əsasında həyata keçirilir. 2 Nömrəli Texniki-Humanitar liseyin direktoru Turanə Məcidlinin sözlərinə görə, valideynlərə özlərinə uyğun olan, münasib bildikləri, ərazilərinə yaxın olan satış məntəqəsinə yaxınlaşanlaşaraq məktəbli formaları almalarını tövsiyə ediblər. “Bütün məktəblərdə bu, belədir. Bizim məktəbdə də bütün rəsmi sosial şəbəkələrində olsun, öz rəsmi səhifəmizdə olsun biz maarifləndirmə işləri aparmışıq ki, vahid geyim forması şagirdlər arasında sosial bərabərliyi təmin edəcək. Onların geyimə görə birininin digərindən seçilməsinin qarşısını alacaq”.

  Mil-Muğan Regional Təhsil İdarəsinin sektor müdiri Mahir Zahidov da bütün ölkə ərazisində olduğu kimi bölgələrdə də bu istiqamətdə işlər aparıldığını deyir. “Məktəblər valideynləri məlumatlandırıb. Məlumat üçün bildirirəm ki, regional təhsil üzrə ümumtəhsil müəssisələri 2 və 3 nömrəli formaları qəbul edib”.

Valideynlər yeni məktəbli formalarının ciblərinə qənaət baxımından da uyğun olduğunu deyirlər. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarında məktəblər üçün forma 4 rəngdə nəzərdə tutulub. Artıq ölkə ərazisində formaların satışına da başlanılıb. Paytaxtda forma alınmasında sıxlığın qarşısını almaq üçün 18 satış məntəqəsi mövcuddur.

NƏRGİZ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər