Yeni nəsil idmançılarımız Avropanı fəth edir
Şabran rayonunun Roman Yusifov adına 2 nömrəli tam orta məktəb-liseyinin şagirdi, 75 kq çəki dərəcəsində çıxış edən Xumar Cəfərli Budvada keçirilən U-15 Avropa çempionatında qızıl medal qazanaraq Avropa çempionu olub.
“İnformator.az” xəbər verir ki, idmançımız final görüşündə türkiyəli Yağmur Eryurta qalib gəlib. Onun məğlub etdiyi rəqiblər arasında erməni idmançı da yer alıb.
Gənc idmançının bu uğuru həm ailəsi, həm də təhsil aldığı məktəb tərəfindən böyük sevinclə qarşılanıb. Məktəbin müəllim və şagird kollektivi Xumarın bu nailiyyətinin ölkəmizin gəncləri üçün nümunə olduğunu bildiriblər.
Xumar Cəfərli uzunmüddətli məşqlərin və zəhmətin nəticəsində bu uğura imza atıb.

Güllər Gülhüseynova
