00:00:00
Yazar
Admin User
08.09.2023 16:00 415 1 dəq oxuma
Sosial

YENİ PARKLANMA SİSTEMİ SAHİBKARLARIN İŞİNİ ÇƏTİNƏ SALIB

YENİ PARKLANMA SİSTEMİ SAHİBKARLARIN İŞİNİ ÇƏTİNƏ SALIB

   Yeni parklanma sistemi bir ay öncə tətbiq ediləndə deyilmişdi ki, evinin 100 metrliyində avtomobilini park edənlər pul ödəməyəcək. Hətta sahibkarlara da müəyyən güzəştlərin olacağı nəzərdə tutulmuşdu.

   Birinci məsələ deyildiyi kimi olsa da, ikincidən hələ də bir xəbər yoxdur. Sahibkar İbrahim Dilbazov deyir ki, işə Ramanıdan gəlir. Gün ərzində 11 saat 0.70 qəpikdən aya 300-400 manat parklanmaya pul verir. Yeni parklanma qaydalarında iş yerləri barədə hər hansı güzəşt nəzərdə tutulmayıb.

  Yerüstü Nəqliyyat Agentliyindən isə deyilir ki, layihənin məqsədi şəhərdə avtomobil yükünü azaltmaq, ictimai nəqliyyata marağı artırmaqdır. Başqa sözlə, qiymətlər sahibkarlara sərf etmirsə, metro və marşrut avtobuslarından istifadə etsinlər, deyilir.

  Paytaxtın ictimai nəqliyyat sistemindəki vəziyyət mütəxəssis baxışı ilə də eyni görünür Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, ödənişli parklanma və ya zamanla məhdudlaşdırılmış parklanmanın olduğu ərazilərdə ictimai nəqliyyat mükəmməl olmalıdır, mikromobillik üçün gözəl şərait olmalıdır ki, insanlar fərdi avtomobillərindən istifadə etmədən həmin ərazilərə rahat gedə bilsin. “Bu dəqiqə Bakıda ictimai nəqliyyatın mükəmməlliyindən söhbət getmir. Çünki, ictimai nəqliyyatın mükəmməlliyi vahid bir sistemdir. O sistemin harasısa yerində deyilsə, o sistemin ayrıca bir elementi nə qədər gözəl olsa da, arzulanan nəticəni verə bilmir.

GÜNDÜZ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər