00:00:00
Yazar
Admin User
20.09.2023 18:21 323 1 dəq oxuma
Sosial

Yeni sosial paketlərin istiqamətləri

Yeni sosial paketlərin istiqamətləri

Bu ilin yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 926 milyon manat və ya 21,2 faiz çox olmaqla 5 milyard. 288 milyon manat ödənilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, yeni sosial islahat paketi çərçivəsində bu ilin əvvəlindən müavinət və təqaüdlər növbəti dəfə artırılıb, minimum pensiya fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb.

 

2022-ci ildə pensiyaçılara verilən maddi yardımlar da bu ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilib. Həmçinin 2023-cü il üçün ehtiyac meyarının həddi artırılaraq 246 manata çatdırılıb ki, bu da ünvanlı sosial yardımın məbləğlərinin növbəti dəfə artması ilə nəticələnib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər