00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
07.08.2026 23:17 22 3 dəq oxuma
Sosial

YENİ TƏMAYÜL TƏDRİS MODELİ -31 MƏKTƏBDƏ TƏTBİQ OLUNACAQ

YENİ TƏMAYÜL TƏDRİS MODELİ -31 MƏKTƏBDƏ TƏTBİQ OLUNACAQ

Universitetə hazırlaşmaq üçün mütləq repetitor yanına getmək lazım olacaqmı? 31 məktəbi əhatə edəcək yeni model  bu yanaşmanı dəyişməyi hədəfləyir.Bu,şagirdlərə hansı imkanları yaradacaq? Müəllimlər üçün tələblər nələrdir?Təfərrüatıyla süjetimizdə.

31 məktəbi üçün yeni təmayül tədris modeli hazırlanır. Məqsəd 10–11-ci sinif şagirdlərini universitetə qəbul imtahanlarına məktəbdəcə hazırlamaqdır.Şagirdlər də bu modeli yüksək qiymətləndirir.


RƏSUL MƏMMƏDOV -11-Cİ SİNİF ŞAGİRDİ
"Təmayül tədris məktəbinə qəbul olmağım mənim üçün böyük uğurdur.Düşünürəm ki,burada alacağım dərslər və yaradılacaq imkanlar mənim ali məktəbə qəbul olmağıma böyük təsir göstərəcəkdir.Burada mən 1-ci qrupa hazırlaşıram.Hazırlıqlara gedəcəyim,sərf edəcəyim yoldakı vaxtı burada sərf eləməyim daha məqsədəuyğundur".


MƏLİKOVA NURAY-11-Cİ SİNİF ŞAGİRDİ
"Mən 9-cu sinif buraxılış imtahanlarından yüksək nəticə göstərdim və beləliklə təmayül məktəbində dərs keçmək haqqı qazandım.Maraqlandığımız sahə ilə bağlı daha yaxından məşğul ola biləcəyik təmayül məktəbi layihəsi sayəsində.Mən bu layihə əsasında yüksək nəticələr əldə edəcəyimə və arzuladığım unidə tələbə olacağıma inanıram.Seçilən ixtisas qrupları üzrə əsas fənlər  həftəfə 3 dəfə 90 dəqiqə olmaqla  keçiriləcək.Bu dərsləri tədris edənlər üçün xüsusi tələblər var.

 


SƏMA NƏBİYEVA- BAKI ŞƏHƏRİ ÜZRƏ TƏHSİL  İDARƏSİNİN ÜMUMİ  TƏHSİLİN  TƏŞKİLİ  SEKTORUNUN APARICI  MƏSLƏHƏTÇİSİ  

"Müəllimlərin işə qəbul müsabiqəsində uğur qazanmış müəllimlər olmalıdır,həmçinin üç il və daha çox pedaqoji təcrübəyə malik olan müəllimlər olmalıdır.Digər tərəfdən, müəllimlərin işə qəbul balları, diaqnostik qiymətləndirmə balları və sertifikasiya nəticələri 85 faiz və daha yüksək olması arzu olunandır".

İşəqəbul üzrə müəllimlərin müsahibəsinə isə 3 avqustan başlanılıb.


:AYTƏN ƏLİYEVA - AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYAT MÜƏLLİMİ
"Sertifikasiya imtahanında 52 bal toplamışam. Deməli, bu tədris modelində müsahibədən uğurla keçəcəyimə əminəm. Eyni zamanda bu tədris modelində dərsləri problemli, müzakirə yönümlü suallarla tədris edəcəyəm".


 MİRZƏYEVA GÜLNARƏ-İNGİLİS DİLİ MÜƏLLİMİ
"Qrup işlərindən,müzakirə metodlarından həmçinin problemyönümlü iş üsullarına üstünlük veriləcək.Şagirdlərlə daha çox praktiki tapşırıqlar yerinə yetiriləcək.Bu da şagirdlərin gələcəkdə daha yüksək akademik nəticələr göstərməsinə şərait yaradacaq".


88 nömrəli məktəb də bu layihəyə qoşulub.Burada digər ümumi təhsil müəssisələrindən gələn 10-11-ci sinif şagirdləri də təhsil alacaqlar.

MİRNAĞI NƏZƏRLİ-DİREKTOR
Buraxılış imtahanından yüksək bal toplayan 252 şagird bu layihədə iştirak edir və bu layihədə təhsil alacaqlar.  14 sinif müəyyən edilmişdir.Həmin 14 sinifdə maksimum 18 minimum 15 şagird təhsilini davam etdirəcəkdir.Artıq şagirdlər ixtisas Artıq şagirdlər ixtisas qruplarını müəyyən ediblər.Və həmin ixtisas qruplarına uyğun olaraq siniflər müəyyən edilmişdir".
Repetitorlardan aslılığa gəlincə isə..


TƏHSİL EKSPERTİ-AFƏRİN SEYİDOVA
Repetitorların tətbiq etdikləri, dərs prosesi ola bilər ki, illərin  təcrübəsindən  keçsin.Amma orada vahid bir kitab,vahid bir proqram yoxdur. repetitor müraciətlər hələ də olacaq. Amma heç olmasa bunu 50 faizi abituriyentlərin dövlət hesabına daha peşəkarlıqla ali məktəblərə qəbul olunmasında böyük rolu olacaq və bunu dəstəkləyirik.
Qeyd edək ki,qeydiyyat prosesi sentyabrın 1-dək uzadılıb.
SƏKİNƏBƏYİM CƏFƏROVA,FARİZ ŞIXƏLİZADƏ,AZTV XƏBƏR

 

#gündəm #olunacaq #xəbər #modeli̇
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər