00:00:00
Yazar
Admin User
18.09.2023 17:38 315 1 dəq oxuma
Sosial

Yeni tədris ili ilə gələn metro sıxlığı

Yeni tədris ili ilə gələn metro sıxlığı

Dərs ilinin başlaması Bakı metrosunu əvvəlki günlərə qaytardı.

 

Səhər saatlarında qatara minmək daha da çətinləşib. Sərnişinlər mənzilə çatmaq üçün bir neçə qatar ötürməli olurlar.

 

Bakı metrosu tədris ili ilə əlaqədar qış rejiminə keçib. Metroda intervalların sayı minimuma endirilib. Qurum görülən tədbirlərə baxmayaraq, sıxlıq yaşandığını təsdiqləyir. Səhər saatlarında Koroğlu-Neftçilər, 20 Yanvar-Memar Əcəmi istiqamətlərində, günorta saatlarında isə Nərimanov, Gənclik və Elmlər Akademiyası stansiyalarında vəziyyət digərlərinə nisbətən daha çətin olub.

 

""Bakı Metropoliteni"" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, Bakı Metropoliteninin texniki cəhətdən tətbiq edə biləcəyi ən optimal, yəni ən minimal intervallarla çalışır: “Bu səbədən bundan aşağı intervalın tətbiq edilməsi hələ ki, mümkün deyil. Qatarların sayından asılı olmayaraq, bizim stansiyaların da bəlli ölçüsünü nəzərə alsaq Bakı Metropoliteni artıq digər tənzimlənmə mexanizmləri tətbiq etməlidir. Bu da əlavə işçi qüvvəsinin ayrılması ilə nəzarət mexanizminin gücləndirilməsi, platforma səviyyəsində xüsusi nəzarətin təmin olunmasıdır”.

 

O da qeyd olundu ki, növbəti 10 gün ərzində monitorinqlər aparılacaq. Nəticələrə uyğun olaraq əlavə tədbirlər görüləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər