Yeni tədris ili yaxınlaşır: Kirayə evlərin qiyməti qalxacaqmı?
Hər il rayonda yaşayan tələbələrin bəzisi ixtisas seçimi etdikdən sonra, seçdikləri şəhərlərdə kirayə evlər baxmağa başlayırlar, bəziləri isə bunu cavablar bəlli olduqdan sonra edirlər. Avqustun sonu sentyabrın əvvəlləri kirayə evlərə tələbat çox olan bir zamandır. Bəs yaxınlaşan yeni tədris ilində evlərin qiymətində fərq olacaqmı?
Bu barədə əmlakçı Arif Məmmədov informator.az-a danışıb. O bildirib ki, 400-500 ətrafında olan evlərin qiyməti 600 manata, 600 manat ətrafında olan evlərin qiyməti isə 750-800 manata yüksələcək. Bu artımlar ən çox tələbat olunan ərazilərdə müşahidə olunacaq. Buraya Elmlər, 28 may, Azadlıq və s. metrolar daxildir. Artımın nə zaman olacağına gəldikdə isə əmlakçı hesab edir ki, universitetlərin açılmağına çox az müddət qalmış müşahidə olunacaq.
Bəs buna rayonda yaşayan tələbələr nə deyir?
Tələbələrin fikirlərinə görə bu artımlar onlarə çox baha başa gəlir. Universitet xərci, nəqliyyat xərci və s. olmaqla yanaşı kirayə qiymətinin də artımı onları çətin vəziyyətə salır. Bütün universitetlərin Bakıda olması, bununla yanaşı Bakıdakı evlərin qiymətinin də artması heç xoşagələn hal deyil. Bu qiymətlərin artmasının qarşısı alınmalıdır.
Çinarə Muradova
