00:00:00
Yazar
Admin User
09.08.2023 15:23 267 2 dəq oxuma
Sosial

YENİ TƏDRİS İLİNƏ YENİ MƏKTƏB

YENİ TƏDRİS İLİNƏ YENİ MƏKTƏB

İnşasına 2021-ci ildə başlanılmışdı. İl yarım davam edən inşaat işlərindən sonra 65 illik köhnə məktəb binası yenisi ilə əvəzləndi. Bununla da Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin şagird tutumu 3 dəfəyədək artırılıb. Eyni vaxtda 1600 şagirdin təhsil ala biləcəyi təhsil ocağı bütün zəruri inventarla təchiz edilib. Şəmkir Şəhər M.Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin direktoru Bayram Əmiraslanovun sözlərinə görə, ölkə başçısının açılışını etdiyi müasir məktəb yeni dərs ilindən şagirdlərin istifadəsinə veriləcək. “Ən əsası STEAM otağımız var ki, bu da gənclərin müasir formada yetişməsi üçün əhəmiyyətlidir. Elektron kitabxananın olması da müasir şəraitdən xəbər verir. 1600 şagird yerlikdir, ikisi 4, biri 3 mərtəbə olmaqla üç korpusdan ibarətdir. 1588 şagirdimiz bu məktəbdə təhsil alacaq. Bu ilki göstəricilərimiz yaxşıdır. 9-cu siniflər üzrə birinci yerdədir məktəbimiz. 600 baldan yuxarı toplayan çox sayda şagirdimiz var. Yeni məktəbdə daha yüksək təhsil verəcəyik şagirdlərimizə, nailiyyətlərimiz daha çox olacaq”.

Sərkar kənd musiqi məktəbinin tar ixtisası şagirdi Nihat Tağızadə həm kədərlidir, həm də sevincli. Növbəti dərs ilində məzun olacağından müasir şəraitin verdiyi imkanlardan cəmi 1 il yararlanacaq deyə məyus olur. “Təşəkkür edirəm ki, bizə belə gözəl yeni məktəb tikiblər. Məktəbimizdə hər cür alət var. Məsələn evdən dərsə gələndə artıq öz alətimizi gətirməyə də bilərik. Çünki, buradakılardan istifadə edə bilərik”.

Sərkar kənd musiqi məktəbinin direktoru Səadət Məmmədbəyova deyir ki, Sərkar kənd musiqi məktəbinin üç mərtəbəli, üç yüz şagird yerlik yeni binası Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində inşa olunub. Orkestr, xor və digər 29 dərs otağı yeni və professional musiqi alətləri ilə təmin edilib. “Çox bərbad, köhnə bir binada təhsil verirdik şagirdlərimizə, çətin şəraitdə işləyirdik, yararsız idi bina. Amma bu gün bu cür gözəl binamız var, bütün musiqi alətləri ilə təmin olunmuş bina” .

XƏYALƏ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər