00:00:00
Yazar
Admin User
06.09.2023 19:23 288 2 dəq oxuma
Sosial

Yeni tədris ilindən məktəbə telefon gətirmək qadağan oluna bilər

Yeni tədris ilindən məktəbə telefon gətirmək qadağan oluna bilər

Məktəbə telefon gətirmək qadağan edilə bilər. Elm və Təhsil naziri Emin Əmrullayev brifinq keçirərək həm orta, həm də ali təhsil müəssisələri ilə bağlı bir çox vacib məqamlara toxunub. Eyni zamanda nazir sertifikasiya imtahanından uğurla keçən müəllimlərin planlaşdırılan əməkhaqqısını açıqlayıb.

 

Ötən tədris ilində şagirdlərin məktəbdən xoşagəlməz videolar paylaşması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Nazir bu kimi halların qarşısını almaq üçün şagirdlərin məktəbə telefon keçirməsi məsələsini diqqət mərkəzində saxladıqlarını bildirdi. Bununla bağlı yeni tədris ilində qadağalar tətbiq oluna bilər.

 

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, hazırda məktəbə telefon gətirməyi qadağa edən norma yoxdur: “Hüquqi nöqteyi-nəzərdən bu qadağan deyil. Amma məktəbin özünün daxili qaydaları ilə bu tənzimlənə bilər. Təbii ki, məktəbin direktoru, müəllimi buna qərar verə bilər. Dərsin ortasında nə müəllim, nə şagird telefonla oynamamalıdır. Xeyli sayda burda texniki məsələlər var ki, biz bunların hamsının həlli istiqamətində işləyirik. Bunu çox ciddi bir şəkildə hazırda nəzərdən keçirrik. Dediyim kimi bəzi məktəblərdə hətta bunun pilatajı da gedir. Onun nəticələrini öyrənib bunun qayda olaraq təsdiqlənməsi niyyətindəyik”.

 

Nazir rusdilli tədris müəssisələrində ana dili ilə bağlı ciddi boşluqların olduğunu və bu məktəblərdə Azərbaycan dilinin tədrisinə diqqət artırılacağını da vurğulayıb: “Biz nəyi görürük? Şagird 9 il rus bölməsində oxuyub, Azərbaycan dili tədris olunub, müəllim əməkhaqqı alıb, 9 il Azərbaycan dili fənninə girib çıxıb, amma Azərbaycan dilində danışa bilmir. Bizim bu il ərzində yəqin ki, nəzarət tədbirlərimiz daha da artacaq və ümumitəhsil müəssisələrinin rəhbərlərinə müvafiq təlimatlarımız olacaq. Artıq 6-cı sinifdə də 1 saat daha çox Azərbaycan dilini vaxt ayırılacaq. Yəni Azərbaycan dili saatları artırılır. İkinci istiqamətimiz odur ki, müvafiq fənnləri hansı ki daha məntiqli görünür, onları Azərbyacan dilində tədris etmək, çünki Azərbaycan tarixini, Azərbaycan ədəbiyyatını başqa dilə tərcümə etməyin mənası yoxdur”.

 

Nazir qeyd etdi ki, bu il ali təhsil müəssisələrinə qəbul yerlərinin sayında artım müşahidə olunur. Amma 4 il sonra əmək bazarına daxil olan məzunların biliyi daha ön planda olmalıdır: “Məsələn, Miq imtahanında elə ali təhsil müəssisələri var ki, onların verdiyi diplomlarla Miq imtahanında iştirak edən məzunların heç biri minimal bal yığmır. Və bu bizim üçün sualdır. Bu adama diplom necə verilib? Bizə həqiqətən də cəmiyyətdə yalançı diplomlara ehtiyac yoxdur. 830 manat orta əməkhaqqıdır. Hər dəfə, hər sertikifatlaşmadan sonra bu rəqəm qalxacaq”.

 

Hər il tələbələrin qarşılaşdığı yataqxana probleminə də toxunuldu. Nazir bildirdi ki, bu sahədə ciddi problemlərin olduğu danılmazdır. Məcburi köçkünlərin öz yurdlarına qayıtması prosesi hazırda davam etdiyi üçün bu il o binaların tələbələr üçün ayrılması real görünmür.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər