00:00:00
Yazar
Admin User
28.02.2023 06:15 397 1 dəq oxuma
Sosial

Yeni tikilidən narazılıq: Sakinlərlə müqavilə bağlanmayıb?

Yeni tikilidən narazılıq: Sakinlərlə müqavilə bağlanmayıb?

Yasamal rayonu, Həsən bəy Zərdabi 69 ünvanında yaşayan sakinlər tərəfindən yeni tikilən çoxmərtəbəli bina ilə bağlı çox sayda şikayətlər göndərilib.

İnformator.az "ARB TV"ə istinadən xəbər verir ki, əhalinin iddialarına əsasən, MTK onlarla müqavilə bağlayaraq tikinti başa çatana qədər müvəqqəti olaraq başqa yerə köçürməli idi. Şirkət də bunun üçün lazimi tədbirlər görməyə tələsmir.

Lakin MTK nümayəndəsi ilə aparılan danışıqlara əsasən bildirilib ki, artıq əksər sakinlərlə müqavilə bağlanıb. Hətta bunun hər bir sakinin mənzilinə məktub göndərilib və şirkətə gələrək rəsmi qaydada müqavilə bağlamalarını haqda müraciət etdiklərini bildiriblər. MTK nümayəndəsi tərəfindən qeyd olunub ki, mənzillərin tikintisi bu ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

Ətraflı "ARB TV"nin süjetində:

 

Fatimə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər