00:00:00
Yazar
Admin User
18.03.2025 09:39 175 1 dəq oxuma
Sosial

"Yenisi" İctimai Birliyi yeni təkliflərlə çıxış edib

Milli QHT Forumunda “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda tədbir keçirilib.
"Yenisi" İctimai Birliyi yeni təkliflərlə çıxış edib

Milli QHT Forumunda “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda tədbir keçirilib.

Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə QHT-lərin Qərbi Azərbaycana qayıdış prosesindəki aktiv iştirakından, onların yerli və beynəlxalq səviyyədə gördüyü işlərdən və əməkdaşlıq imkanlarından danışıb. QHT-lərin seçdiyi istiqamətlər üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. QHT nümayəndələri 2024-2025-ci illərdə mövzu üzrə icra etdikləri və planlaşdırdıqları layihələr barədə məlumat verib, əldə olunan nəticələri bölüşüblər.

"Yenisi" Ədəbiyyat və Mədəniyyət Təzahürləri İB-nin sədri Məqsəd Sarıyev də tədirdə iştirak edib. O, çıxış edərək bildirib ki, QHT-lərin müxtəlif istiqamətlərdə davamlı layihələr həyata keçirməsi üçün "Qərbi Azərbaycan" İcması nəzdində beyin mərkəzli xüsusi qrup yaratmaq doğru olardı. Daha sonra M. Sarıyev Mirzə Qədim İrəvaninin 200 illiyinə həsr olunan tədbirlərin təşkilinə dair "Yenisi" İB-nin təkliflərini təqdim edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər