00:00:00
Yazar
Admin User
24.07.2018 11:46 1961 3 dəq oxuma
Sosial

Yeniyetmə olmaq çox çətindir - Xanım Niftəliyeva

İnsan həyatının ən sürətli və ən çətin dövrlərindən biridir. Həm mənəvi, həm əqli, həm fiziki olaraq orqanizmdə dəyişikliklərin baş verdiyi dövrdür.
Yeniyetmə olmaq çox çətindir - Xanım Niftəliyeva

Psixoloq-psixoterapevt, ailə problemləri üzrə mütəxəssis
Xanım Niftəliyeva

Yetkinlik dövrü-bir yeniyetmənin inkişafı(başqalaşması),transformasiyası və çevrilməsi prosesi kimi tanınır. İnsan həyatının ən sürətli və ən çətin dövrlərindən biridir. Həm mənəvi, həm əqli, həm fiziki olaraq orqanizmdə dəyişikliklərin baş verdiyi dövrdür.

Şüurlu və zehni inkişaf edən, bədənindəki sızanaqları artan, fiziki fəaliyyətlə inkişaf edən yeniyetmə özü və ailəsinin xaricindəki insanlara qarşı sıx maraqlarla doludur. Yeniyetmənin orqanizmindəki dəyişikliklər artdıqca, həm emosionallığı, həm cinsi istəkləri və zehni fəaliyyəti artır. Onlarda dünyaya qarşı böyük bir maraq yaranır. Bir tərəfdən ərgənlər bədənində baş verən dəyişikliklərə uyğunlaşmağa çalışarkən, digər tərəfdən də müstəqillik üçün mübarizə aparırlar. Bu dəyişmələrin gənclərdə yaratdığı problemlərlə yanaşı, ailə üzvlərinin ə alışması və uyğunlaşması, yeniyetməni qəbul etməsi üçün çətin bir dövrdür.

Dostlar hər kəs üçün həyatın zənginliyidir...

Yetkinlər üçün dostlar daha vacib məna daşıyır. Dayanmadan onları qorumağa çalışan (təqib edən), izləyən, nəsihət verən ata-ana, bir də düşünün, onları sual-cavab etmədən, günahlandırmadan, tənqid etmədən qəbul edən, hər problemini, baş vermiş hər hansısa bir hadisəni rahat şəkildə danışacağı dostları.

Yeniyetmələr özünü həm fiziki, həm ruhi olaraq daha rahat hiss etdiyi yeni bir mühit yaratmaq üçün daha yaxın hiss etdiyi dostluqlar yaradırlar.

Ərgənlik dövrü heç də risksiz deyil.

 

Yeniyetmələr xoşagəlməz mübahisələrdən, riskli davranışlardan zövq alırlar. Risk də zövqü təmin edərkən, bir yandan da genetik faktorları (sinirləri) tanıyıb, təyin etmək mümkün olur. Beləcə, bədəninin və sosial əlaqələrinin sərhədlərini öyrənmiş olur və özünü kəşf edir. Fərdi olmaq istiqamətində hərəkət etməyə başlayırlar. Risk almaq yeniyetmələr üçün qeyri-adi hal olmasa da, ailələri bu vəziyyətdən çox narahat olurlar. Ancaq risk alma davranışları tez-tez təkrarlanar, müxtəliflik artarsa, o zaman valideyinlərin narahat olmağı normal qəbul edilməlidir.

Bəzən valideyinlərin risk olaraq gördükləri dostluq münasibətləri, uşaqlıq dövründə olduğu kimi, yeniyetməlik dövründə də çox vacibdir. Bu dövrdə olan yeniyetmə özünü təmin etmək kimi fərdiləşdirmə və kəşfiyyat mübarizəsi müddətində olduğu üçün ailəsindən biraz uzaqlaşa bilər. Özü üçün yeni bir çevrə, yeni bir mühit və yeni maraq yaradır. Beləliklə, o uşaqlıqdan çıxıb-yetkinlik,gənclik yaşına çatmaq üçün mübarizəyə başlayır. Dostları sayəsində özünü kəşf etmək, yeni perspektivlər əldə etmək və gənc bir yetişkin kimi özünü cəmiyyətə hazırlamaq qabiliyyətini inkişaf etdirir. Onlar yalnız sosial mühiti deyil, eyni zamanda övladlarının da ətrafındakıları hiss edə bilirlər.

Valideyinlər isə adətən uşaqları tərəfindən seçilmiş yoldaşlarının, dostlarının yanlış, mənfi (xoş olmayan) davranışlarını qiymətləndirməyə məcbur olurlar. Valideyinlər övladlarının yoldaşlarına (dostlarına) daha çox qəzəbli olurlar. Çünki, uşaqlarındakı dəyişikliyi, məsuliyyətsizliyi tapmağa çalışırlar. Övladlarının çöldə daha çox vaxt sərf etmələrini, dərslərində olan müvəffəqiyyətsizliyi, məktəbə-dərsə maraq göstərməmələrini əhatələrindəki yoldaşlarından, dostlarından görürlər.

Bütün etirazlarına baxmayaraq yeniyetmələr valideyinlərinin öyüd-nəsihətlərini eşitmək və gərək olan zaman xatırlayıb nəticə çıxarırlar.

Yeniyetmələrin unutmaması gərəkən bir nüansa toxunmaq istərdim ki, bu dövrdə valideyinlərindən uzaqlaşdıqları görünsə də, yeniyetmələrin bu çətin mübarizədə cəmiyyətə adaptasiya olmalarında yanlarında onları hər zaman düşünən və qoruyan valideyinlərə ehtiyacları var. Burda ailədaxili, ev içərisində ciddi problemlər, məktəbdə problemlər, emosional və ruhi problemlər, riskli davranışlar da müşahidə oluna bilər.

Məhz bu şəkildə davrandığı zaman valideyinlər balaca uşaqlarının tez böyümə, yetkinləşmə səylərini dəstəkləyib və sağlam yetkinlər yetişdirdiklərinə nəzarət edə bilərlər.

Yeniyetməliyin ən vacib inkişaf mərhələsindəuşaqlar ananın sayəsində ataları ilə daha az çətinlik yaşayaraq bu mərhələni başa vura bilərlər. Bəzən özləri səbəb ola bilər, bəzənsə valideyin səbəbiylə ciddi problem yaşaya bilərlər.

Əsas olan valideyinlərin yeniyetməlik dövründə olan övladlarıyla ayaqlaşa bilməsi,onlarla öz dilləriylə ünsiyyət qurmağı bacarması, hər zaman onlara sığına biləcəkləri, güvənəcəkləri liman olaraq yaxınlarında olduğunu hiss etdirə bilməsidir.

Problem yaşanan zaman mütəxəssis dəstəyi nəticəsində yeniyetmələrin yetkinlik yaşını sağlam bir şəkildə keçirməsi də asanlaşa bilər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər