“Yıldırım” Sondaj Gəmisi Qara Dəniz yolçusu
Türkiyənin axtarış və qazma imkanlarını gücləndirmək məqsədilə enerji donanmasına daxil etdiyi yeni ultra-dərin dəniz sondaj gəmisi “Yıldırım”, İstanbul Boğazından keçidindən sonra Qara dənizə doğru yola çıxıb.
Tikintisi 2024-cü ildə Cənubi Koreyada başa çatan və dərin dənizdə 12 min metrə qədər qazma apara bilən bu gəmi, Türkiyənin dənizlərdə axtarış və sondaj imkanlarının artırılması çərçivəsində inventara daxil edilib.
4 dekabr 2025-ci ildə Mersindəki Taşucu Limanına çatan və adı 30 dekabr 2025-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən “Yıldırım” olaraq müəyyən edilən gəminin uzunluğu 228 metr, eni isə 42 metrdir.
TRT Haber
Səadət Əlizadə
