00:00:00
Yazar
Admin User
17.07.2023 16:51 301 2 dəq oxuma
Sosial

"Yıxılana balta vur!" - Aydan Qasımova yazır

"Yıxılana balta vur!" - Aydan Qasımova yazır

Yıxılana balta vur!

 

Necə də kobud səslənir, elə deyilmi? İnsana pis anında, təhlükədə ikən sadəcə özünü düşünənləri, bir növ "Keçi can hayında, qəssab piy axtarır" deyimini xatırladır.

 

Çox rastlaşmışam mən bu deyimlə, çox qarşılaşmışam. Ətrafımdakı insanlar bunu yaxşı bir şeymiş kimi səsləndirəndə, hətta devizinə, şüarına çevirdikdə çox səbr etmişəm. Yalan deməyəcəyəm, cəlbedici gəlir insana bu ifadə, əlində quş çırpınırmış kimi. Axı insanoğlu sevir çarəsizlikləri.

 

Bu dünyada insanoğlunun qərarları haqqında danışsam çox sürər, məncə, siz də hər gün, ən az hər ay bir dəfə qarşılaşırsınız insanoğlunun "möhtəşəm" qərarları ilə.

 

Elə olur ki, çarəsizliyə qərar verən, çarəsizliyini qəbul edən də elə insanın özü olur. Ailəsi tərəfindən göz bəbəyi kimi böyüdüldüyü, yaxud ailəsi tərəfindən "göz bəbəyi kimi böyüdüldüyü" üçün edir bunu insan. Ya tənbəl olub "kömək" gözlədiyi üçün, ya da "tənbəl" olub kömək gözlədiyi üçün.

 

Ailədən çox şey asılıdır, həqiqətən. Bununla bərabər, həmçinin də mühitdən. İnsan onu çarəsiz hala salan mühitindən bacardığı qədər uzaqlaşmalıdır. Ona doğma gələn, həyatında uğur qazanmasına yardım edəcək insanlarla olmalıdır, yaxud ən azından həyatına əyləncə qatan və ona zərər verməyəcək insanlarla birlikdə olmalıdır. Əgər bunlar olarsa, çox zaman qərarları dəyişir və doğru yolu tapır. Çünki dövrümüzün ən böyük bəlalarından biri hər şeyi bildiyini sanıb çox şeyi bilməyənlərdir.

 

Jurnalist Günel Rəhimovanın bir ifadəsi var: "Bu ölkədən silinsələr, sayımız dəyişməz" deyə. Həqiqətən də, belədir. Bəlkə də, sayımız dəyişər, əslində. Bəlkə də insanlar valideynliyin məsuliyyətini anlayar da, hətta sayımız belə bir qədər azalar. Çünki, düşünürəm ki, əsas say deyil, o sayın nələrə qadir olduğudur. 10 dənə 10 dəpik də 1 manat edir, 2 ədəd 50 qəpik də.

 

Mənimlə bənzər ruha sahib oxuyucularıma ♡

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər