00:00:00
Yazar
Admin User
19.07.2023 14:23 570 1 dəq oxuma
İdman

Əyləncə axtarışındasınız? Quadro safari treki

Əyləncə axtarışındasınız? Quadro safari treki

 Havaların isinməsi ilə paytaxtda əyləncə sezonu başlayıb. Adətən əylənmək üçün parklara, əyləncə mərkəzlərinə üz tutursunuzsa, sizə fərqli təklifimiz var. Xüsusilə, ekstrim idman növlərini sevənlər üçün Safari trekini təqdim edirik.

 

Tamamilə fərqli bir konseptlə- Safari treki tək böyüklər üçün deyil, həm də balacalar üçün nəzərdə tutulub. Çünki burada sürət orta dərəcədə müəyyənləşdirilib. Yəni rahat şəkildə övladlarınızı gətirib əyləncənin dadını çıxara bilərsiniz.

 

Baş təlimçi Məhəddin Kərimov deyir ki, trekə başlamaq üçün xüsusi geyimi geyinmək lazımdır: “Daha sonra biz təhlükəsizlik təlimi keçirik. Burada sürət həddini (30-40) aşmamaq və texnikanın hansı formada istifadə edilməli olduğu haqqında məlumat veririk. 15 dəqiqə 20 manatdandır. 15 dəqiqədən sonra hər dəqiqə 1.3AZN ilə hesablanır”.

 

Əyləncə əsasən, yaz-yay ayları üçün nəzərdə tutulub. Bununla yanaşı toza qarşı allergiyası olan şəxslərə trek tövsiyə olunmur.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər