00:00:00
Yazar
Admin User
07.01.2026 11:44 66 1 dəq oxuma
Dünya

Yəmən ordusu paytaxtın mərkəzini azad edib

Yəmən ordusu paytaxtın mərkəzini azad edib

Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin “Əl-Əməlik” Briqadasının bölmələri müvəqqəti paytaxt Ədənin mərkəzinə daxil olaraq əsas hökumət obyektlərini geri alıblar.

 

"İnformator.az" xəbər verir ki, bu barədə “Asharq News” təhlükəsizlik mənbələrinə istinadla məlumat yayıb.

 

“Əl-Əməlik” Briqadası “Cənub Keçid Şurası”nın (CKŞ) separatçı qüvvələri mövqelərini tərk etdikdən sonra prezident sarayı və Ədən Beynəlxalq Hava Limanı üzərində nəzarəti təmin edib.

 

Bundan əlavə, cənub-qərb əyalətlərinə cavabdeh olan 4-cü Hərbi Bölgənin Komandanlığı CKŞ-nin qərargahları və şəhərin bir neçə rayonundakı obyektləri nəzarətə götürüb.

 

Hazırda Ədəndəki əsas obyektlər və nəzarət məntəqələri hələ də “Əl-Əməlik”in nəzarəti altındadır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər