00:00:00
Yazar
Admin User
23.01.2015 06:56 780 1 dəq oxuma
İdman

Yoahim Löv birinci oldu

Ən yaxşı məşqçilərin siyahısında Yoahim Löv birinci olub
Yoahim Löv birinci oldu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2014-cü il üçün milli komandalarda işləyən ən yaxşı məşqçilərin siyahısını dərc edib.

 

İlk pillədə Almaniya millisi ilə ötən il "DÇ-0214"ün kubokunu qazanan Yoahim Löv qərarlaşıb. O, 220 xal toplayıb.

 

Alexandro Sabelya (Argentina millisinin sabiq baş məşqçisi) ikinci, Lui van Qal (Hollandiya millisinin sabiq baş məşqçisi) üçüncü olub.

 

İlk onluqda yer alan məşqçilər aşağıda adları qeyd olunanlardır:

 

1.Yoahim Löv (Almaniya) - 220 xal
2. Alexandro Sabelya (Argentina millisinin sabiq baş məşqçisi) - 71 xal
3. Lui van Qal (Hollandiya millisinin sabiq çalışdırıcısı) - 38 xal
4. Xose Pekerman (Kolumbiya) - 31 xal
5. Xorxe Luis Pinto (Kosta-Rika) - 19 xal
6. Xorxe Sampaoli (Çili) - 18 xal
7 Migel Herrera (Meksika) - 15 xal
8. Mark Vilmots (Belçika) - 9 xal
9. Didye Deşam (Fransa) - 8 xal
10. Stiven Keşi (Nigeriya millisinin sabiq baş məşqçisi) - 1 xal

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər