YOX deməyi bacarmaq lazımdır
Heç düşünmüsünüz, hər şeyə “hə” demək nələrə yol açır?
Bu mövzu ilə bağlı Türkiyəli Münasibət və evlilik məsləhətçisi Cenk Sabuncuoğlu danışıb:
“Hər şeyə “lazımsız hə” demək, eyni zamanda yeni imkanlara da “yox” deməkdir. Sərhədlərinizi müəyyən etsəniz, münasibətləriniz daha da yaxşılaşacaq."
Ailə quruluşunda valideynləri tərəfindən dəyər hissi verilməyən fərdlər kənardan qidalanaraq dəyərli olacaqlarını düşünürlər. Bu səbəbdən də uduzmamaq və ya qalib gəlməmək üçün hədlərini və mövqelərini açıqlaya bilmirlər. Əslində "Xeyr" demək sərhəd ifadəsidir.
“Yox deyə bilməyən insanlar bir döngədə ilişib qaldıqlarını düşünürlər”. Xüsusilə, qadınlar bu hissləri yaşayır və yox deməkdə çətinlik çəkirlər. Başqalarını birinci yerə qoyaraq sosiallaşdıqlarını və təhlükəsiz olduqlarını düşünürlər. Fürsətləri geri çevirməmək və insanları məyus etməmək üçün fədakarlıq etdiklərinə inanırlar.
Bu insanlar istədikləri həyatı yaşamaqdansa, başqalarına fürsətlər təklif etməyi üstün tuturlar. Onların ehtiyacları həmişə bir kənara qoyulur ki, başqasının ehtiyaclarına yer olsun. Və fərqinə varmadan öz potensiallarından uzaqlaşırlar.
Bu barədə məsləhətçi bu fikirləri bildirib: “Yox” deməyi öyrənmək həm də zəifliklərinizi əhəmiyyətli dərəcədə azaldacaq. Çünki zəmanət verdiyiniz ağır hisslərə bağlanmayacaqsanız; Başqaları üçün planlarınızı təxirə salmayacaqsınız, ehtiyaclarınızın yerinə başqalarının prioritetlərini qoymayacaqsınız. Beləliklə, özünüzə hörmətiniz artacaq".
Öhdəlik etdiyiniz "hə" sizi məyus edə bilər. Bunun əvəzinə limitlərinizi təyin edin və sizi pesman edəcək bəlidən uzaq durun.
"Doğru zamanda doğru yox" deməyə alışın. Sonra necə daha dinc olduğunuzun fərqindəliyi hiss edin və qarşınıza çıxan fürsətlərdən yararlanın!
Nigar Əliyeva
