Yunan-Roma güləşçilərimiz məşqlərə başlayıb
Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn yarışlara hazırlıqları davam etdirir
Yunan-Roma güləşi üzrə yiğma komandamız məşqlərə başayıb.
İnformator xəbər verir ki, güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn yarışlara hazırlıqları davam etdirir.
Yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri yanvarın 18-dən təlim-məşq toplanışına başlayıb, məqşlər yanvarın 27-dək davam edəcək. Yığma komandanın 27 üzvü məşqlərdə iştirak edir. Təlim-məşq toplanışının ardından pəhləvanlarımızın Türkiyənin İstanbul şəhərində keçiriləcək Vehbi Emrenin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirdə iştirakı gözlənilir.
