00:00:00
Yazar
Lalə Qafarova
13.05.2026 21:52 14 1 dəq oxuma
Dünya

Yunanıstanın borcları üçün Akropolun satılması təklif edilib

Yunanıstanın borcları üçün Akropolun satılması təklif edilib

 

Keçmiş Avropa Komissiyasının rəhbəri Jean-Claude Juncker Yunanıstanın iqtisadi böhran dövrü ilə bağlı diqqətçəkən açıqlama verib. O bildirib ki, Avroqrup toplantılarının birində Avropa İttifaqına üzv ölkələrdən birinin maliyyə naziri Yunanıstanın borclarını ödəməsi üçün Akropolun satışa çıxarılmasını təklif edib.

 

Juncker həmin təklifə sərt reaksiya verdiyini deyərək, “Sakit olun” ifadəsini işlətdiyini vurğulayıb. Təklifi irəli sürən şəxsin adını açıqlamayan keçmiş komissiya rəhbəri bunun bir qadın maliyyə naziri olduğunu qeyd edib.

 

O əlavə edib ki, Yunanıstanın büdcə göstəricilərini olduğundan aşağı göstərməsi ölkəyə olan etimadı ciddi şəkildə zəiflədib. Junckerin sözlərinə görə, yaranan etimadsızlıq səbəbindən böhran dövründə Yunanıstan haqqında ən sərt fikirlər belə səsləndirilib.

 

TRT HABER 
Reyhan Qulizadə

#edilib #akropolun #azərbaycan #borcları
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər