Yusuf Emre Yığcı “Beşiktaş” Futbol Akademiyasına qatılıb
“Beşiktaş” Futbol Akademiyası, Futbol Akademiyasının Gənclərin İnkişafı üzrə Texniki Menecer Serdar Topraktepenin səyləri ilə 2018-ci il təvəllüdlü yarımmüdafiəçi və cinah oyunçusu Yusuf Emre Yığcını heyətinə qatıb.
Futbol İnfrastrukturundan məsul İdarə Heyəti Üzvü Toygun Batallı və Futbol Akademiyasının Gənclərin İnkişafı Texniki Meneceri Serdar Topraktepe Türkiyə futboluna və gələcəkdə “Beşiktaş”a ciddi töhfələr verəcəyinə inanılan idmançının potensialını qiymətləndirib, ona uğurlar arzulayıblar.
Beşiktaş TV
Nazim Xeyrxəbərli
